“İqlim dəyişikliyi və iqlim dəyişikliyinin idarəedilməsi” mövzusunda seminar keçirilib
“German Sparkassenstiftung” (DSİK) təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz və Ukraynada KOB-un inkişafı üçün kənd yerlərinin maliyyələşdirilməsinin təşviqi layihəsi” çərçivəsində aidiyyatı dövlət qurumları və onların tabeliyində olan agentliklərin əməkdaşları üçün “İqlim dəyişikliyi və İqlim dəyişikliyinin idarəedilməsi” mövzusunda seminar
keçirilib.
16-17 fevral tarixlərində davam edən seminarda iqlim risklərinin hesablanması üzrə beynəlxalq ekspertlər tərəfindən Azərbaycanda kənd təsərrüfatı sektorunun iqlim dəyişiklərinə adaptasiyası, risklərinin idarə olunması və qabaqcıl ölkələrin təcrübəsi haqqında ətraflı müzakirələr aparılıb.
Xatırladqq ki, 1 il davam edəcək layihə çərçivəsində Lənkəran, Ağdam və Xaçmaz rayonlarında fəaliyyət göstərən təsərrüfat subyektlərinə biznesin inkişafı, risklərin idarə edilməsi, fəaliyyətlərinin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, maliyyə və hesabatlılıq sisteminin qurulması, biznes planların
hazırlanması, investisiya qoyuluşu, marketinq və digər istiqamətlərdə məsləhət xidmətlərinin göstərilməsi və maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.