“Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində təlim keçiriləcək
23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən təqdim olunmuş “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində təlim keçiriləcək.
Təlim beynəlxalq və yerli ekspertlər tərəfindən Bakı
Dövlət Universitində təşkil olunacaq. İştirakçılara Coğrafi İnformasiya Sistemləri (CİS)
programları, peyk görüntülərinin tətbiqi, bitki indeksləri analizi, ağac həcmləri
və biokütlənin hesablanması, sahə ölçmələrinin nəzəri əsasları və metodları, məlumat
bazasının toplanması, məlumatların informasiya texnologiyalarına inteqrasiyası
və bu kimi digər vacib mövzularda ətraflı məlumat veriləcək.
Bu sahədə təhsil alan tələbələr, eyni zamanda mövzu
üzrə yeni biliklərə yiyələnmək istəyən gənclər link vasitəsilə noyabrın 22-dək qeydiyyatdan keçərək təlimdə
iştirak imkanı qazana bilər.