150 +994505000150

Ağcabədi və Ağdam rayonlarında həyata keçirilən tibbi dəstək layihəsi çərçivəsində sakinlər arasında müayinələr aparılıb

30 dekabr 2020
Paylaş
Ağcabədi və Ağdam rayonlarında həyata keçirilən tibbi dəstək layihəsi çərçivəsində sakinlər arasında müayinələr aparılıb

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ağcabədi və Ağdam rayonlarında həyata keçirilən tibbi dəstək layihəsi çərçivəsində 26-27 dekabr tarixlərində Bakıdan ezam olunmuş pediatr, nevropatoloq, ginekoloq və psixiatr həkim heyəti tərəfindən ilkin mərhələdə 450-dən çox azyaşlı uşaqlar, süd verən analar və hamilə qadınlar müayinələrə cəlb olunmuş, müvafiq müalicə kursları təyin edilmiş, zəruri hallarda dərman vasitələri ilə təmin olunmuş, eləcə də valideynlərə uşaqların düzgün qidalandırılması, sağlamlığının qorunması və digər istiqamətlərdə faydalı məsləhətlər verilmişdir.


FOTO